SƏTƏMM üzrə böyük mütəxəssis
İşin xülasəsi:
- SƏTƏMM üzrə böyük mütəxəssis şirkətin bütün sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına riayət etməsini təmin edir. Təhlükəsiz iş mühiti yaratmaq və şirkətin əməliyyatlarının ətraf mühitə təsirini minimuma endirməyə məsuldur.
- Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 8 avqust 2024-cü il saat 18.00-dək hr@pashamalls.az ünvanına göndərmələri xahiş olunur.
Əmək funksiyalarının təsviri:
- SƏTƏMM üzrə daxili audit və inspeksiyaların təşkili və icrasını təmin etmək;
- SƏTƏMM üzrə təlim ehtiyaclarını müəyyənləşdirmək, illik təlim planı və təqvimi hazırlamaq;
- SƏTƏMM üzrə təlimlərin keçirilməsini təmin etmək və mütəmadi hazırlanmış təlim materiallarını yeniləmək;
- Keçirilmiş təlimlərin effektliliyini yoxlamaq;
- Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı birbaşa rəhbərinə hesabat vermək;
- Struktur bölümlərində vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
- Ticarət mərkəzlərində aparılan təmir-tikinti-xidmət işlərinə dair SƏTƏMM sənədlərinin hazırlanmasını təmin etmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək və təkliflər vermək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
- Müvafiq şöbələrin nümayəndələri ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Struktur bölmələrinin ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- SƏTƏMM üzrə prosedur və təlimatların işlənib hazırlanmasında iştirak etmək;
- Qəza hadisələri zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərinin müəyyən edilməsi;
- Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlərə dair tövsiyələr vermək;
- İş şəraiti və avadanlıqların yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
- SƏTƏMM fəaliyyətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən aparılması.
Əsas meyarlar:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat hazırlama səriştəsi;
- Mükəmməl nitq və auditoriyanı ələ almaq qabiliyyəti;
- Təqdimat hazırlamaq və təqdimetmə bacarığı;
- Analiz və tənqidi düşünmə bacarığı;
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏMM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) biliklər;
- Təlimçi sertifikatı (üstünlükdür);
- Yanğın təhlükəsizliyi ilə bağlı mükəmməl biliklərə sahib olmaq;
- NEBOSH IGC sertifikatı (üstünlükdür);
- İOSH Working Safely sertifikatı (üstünlükdür);
- Train the Trainers sertifikatı (üstünlükdür);
- Fövqəladə Hallar Nazirliyinin şəhadətnaməsi.
Şirkət haqqında:
- PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 6 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.
Qrupun portfelinə daxildir:
- Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;
- Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;
- Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;
- Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;
- Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;
- Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;
- Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall.
- Və ən yeni ticarət mərkəzimiz – Crescent Mall, öz qapılarını qonaqlarımızın üzünə açıb.
Role Synopsis:
- Senior HSE Specialist will ensure that a company complies with all health, safety, and environmental regulations. Their primary responsibilities revolve around creating a safe working environment and minimising the environmental impact of the company's operations.
- Candidates meeting the below-stated criteria are requested to send their CV/Resume to hr@pashamalls.az by 6.00 PM till 8th of August 2024.
Key Accountabilities:
- Ensure the organization and implementation of internal audits and inspections on HSE;
- Identify training needs for HSE, and prepare annual training plan and calendar;
- Providing HSE training and regularly updating prepared training materials;
- Check the effectiveness of the conducted training;
- Reporting to the line manager on weekly and monthly training and knowledge verification;
- Conducting periodic training in structural departments, checking training logs;
- Ensure the preparation of HSE documents for repair, construction, and service works in shopping centers;
- Supervision of labour protection and technical safety in workplaces;
- Participating in the inspection of the sanitary technical conditions at workplaces and preparing suggestions;
- Organizing the preparation of complex plans to improve working conditions;
- Verification of the condition of buildings, structures, machines and mechanisms, facilities, workers' collective and individual protection means, sanitary-technical facilities and ventilation systems with the requirements of labour protection, safety equipment and environmental protection together with the representatives of the relevant departments;
- Participation of structural units in taking measures to prevent environmental pollution;
- Participating in the preparation of the evacuation plan and instructing the employees about it;
- Compliance with internal disciplinary rules, labour protection, safety equipment and sanitary-hygiene norms and rules;
- Preparing and submitting regular reports to his direct supervisor regarding his activities;
- Participate in the development of procedures and guidelines for HSE;
- Ensure the investigation of the causes of accidents, their registration, and the implementation of measures to eliminate them;
- Determining the types of activities that may endanger the health of employees;
- Make recommendations on measures aimed at protecting workers on work methods, processes, or materials that are a potential source of danger;
- Inspection and assessment of working conditions and equipment in order to ensure compliance with the requirements of local and international legislation;
- Conducting HSE activities according to labour protection, technical safety rules, as well as the relevant legislation of the Republic of Azerbaijan.
Essential Criteria:
- Bachelor’s degree in a related field
- Team spirit, organization, communication, relationship building, training skills, personal and professional development, report writing skills;
- Excellent speech and the ability to capture the audience;
- Ability to prepare and present a presentation;
- Ability to analyze and think critically;
- Must know the legislation of the Republic of Azerbaijan (Labor Code, Decisions adopted by the Cabinet of Ministers, Laws, regulations and standards of the Republic of Azerbaijan approved in the field of HSE, as well as international agreements to which the Republic of Azerbaijan has joined or is a party);
- Instructor certificate (preferred);
- Having excellent knowledge of fire safety;
- NEBOSH IGC certification (preferred)
- IOSH Working Safely certificate (preferred)
- Train the Trainers certification (preferred)
- Certificate of the Ministry of Emergency Situations
About the company:
- PASHA Malls is Azerbaijan’s largest mall operator with the first shopping mall opened in 2008. Currently, the company is managing 6 shopping and entertainment centers across Baku and one shopping mall in Azerbaijan’s second-largest city – Ganja.
- The group’s portfolio includes Baku’s signature and only luxury shopping mall – Port Baku Mall;
- At the top of the city's most favourite location lists with its magnificent terrace opening to the Caspian Sea - Deniz Mall;
- One of the first shopping malls in the country - 28 Mall;
- The largest international and local brand mix destination - Ganjlik Mall;
- The only shopping mall with wide ceilings opening to the blue sky of Baku - Amburan Mall;
- A favourite destination for shopping and entertainment located outside the city - Shuvelan Park;
- The fanciest and modern shopping center in Ganja, the country's second-largest city - Ganja Mall.
- And newest shopping center – Crescent Mall opened its doors to our guests.