Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Menecer
Əsas öhdəliklər:
- Yerli və beynəlxalq qayda və qanunlara uyğunluğu təmin etmək məqsədilə müvafiq siyasətin və prosedurların/qaydaların işlənib hazırlanması, tətbiqi və aktual saxlanılması.
- SƏTƏMM və fiziki təhlükəsizlik vasitələri üzrə daxili auditin keçirilməsi, təkmilləşmə tələb edən sahələrin aşkarlanması və operativ şəkildə islah tədbirlərinin görülməsinin təmin edilməsi.
- Şirkət daxilində fiziki təhlükəsizlik, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı bütün tələblərə riayət olunması üzərində nəzarətin həyata keçirilməsi.
- SƏTƏMM ilə bağlı iş yükünün idarə edilməsi və prioritetləşdirilməsi ilə insidentlərə effektiv və operativ reaksiyanın təmin edilməsi.
- SƏTƏMM büdcəsinin idarə olunması.
- Fikziki təhlükəsizliklə bağlı müvafiq strategiyanın və qaydaların işlənib hazırlanması və tətbiqi üzərində nəzarət.
- SƏTƏMM və Fiziki təhlükəsizlik üzrə qayda və təlimatların müntəzəm olaraq nəzərdən keçirilməsi və yenilənməsi.
- Təhlükəsizlik Əməliyyat Mərkəzinin (TƏM) komandası və şirkət daxilində digər aidiyyati əməkdaşlar üçün SƏTƏMM və təxliyə təlimlərinin keçirilməsi.
- Yerlərdə Video Müşadidə Sisteminin planlaşdırılması və layihələndirilməsi, müdaxilələrin qarşısının alınması sisteminin tətbiq ediməsi.
- Hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları (DİN, FHN və s.) ilə etibarlı əlaqələrin qurulması.
- SƏTƏMM üzrə risklər və risklərin azaldılması üzrə tədbirlər haqda məlumatlandırmaq üçün müvafiq şöbələrlə (İnfrastruktur, İR, Risklərin idarə olunması və s.) əlaqənin saxlanılması.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Müvafiq istiqamət üzrə Ali təhsil.
- Əlaqəli sahələr üzrə müvafiq sertifikatlar.
Təcrübə:
- Müvafiq istiqamət üzrə 3 il iş təcrübəsi
- Fiziki təhlükəsizlik sahəsində təcrübə.
- Təhlükəsizlik və əməyin mühafizəsi praktikalarını kombinə etmək təcrübəsi.
- NOVEC1230, Tyco tətbiqi, Zettler avadanlığı barədə biliklər.
Kompütür Bilikləri:
- "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
- Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;
Dil bilikləri:
- İngilis dili - Yaxşı
- Azərbaycan dili - Ana dili
- Rus dili – Yaxşı
Fərdi bacarıqları\ Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
- Gündəlik əməliyyatlarda dürüst olmaq:
- Əməliyyatların keyfiyyətini təmin etmək;
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək.
Son müraciət tarixi: 31 iyul 2024-cü il.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.