Pərakəndə satış və müştəri xidmətləri

PASHA Technology

Satış meneceri

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb. "PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir. Hal-hazırda “PAŞA Technology” MMC “Satış meneceri” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Potensial müştərilərin cəlb olunmasından müqavilələrin bağlanmasınadək bütün satış prosesinə nəzarət etmək;
  • Fasiləsiz fəaliyyəti təmin etmək üçün marketinq, istehsalat və texniki komandalarla sıx əməkdaşlıq etmək;
  • Müştərilərlə müqavilə şərtlərini və qiymətləri razılaşdırmaq;
  • Yeni layihə və müqavilələr üçün tender prosesini ümumilikdə idarə etmək və izləmək;
  • Müştərilərin təklif sorğularına (RFP) müfəssəl və dolğun tender təklifləri hazırlamaq və təqdim etmək;
  • Lazımi məlumatları toplamaq və veriləcək təklifin müştərinin tələblərinə cavab verməsini təmin etmək məqsədilə şirkətdaxili komandalarla əməkdaşlıq etmək;
  • Tenderin nəticələrini izləmək və müştərilərlə opertaiv kommunikasiyanı təmin etmək;
  • Müştərilərlə proqram təminatına dair lisenziya müqavilələrinin icrasına nəzarət etmək;
  • Şirkətin bulud məhsulları və xidmətləri barədə dərin biliklərə yiyələnmək;
  • İcazəsiz istifadənin qarşısını almaq və müqavilə öhdəliklərinə əməl olunmasını təmin etmək üçün lisenziyalı proqram təminatının istifadəsi üzərində nəzarəti və monitorinqi həyata keçirmək;
  • Lisenziyaları yeniləmək və lisenziya ilə bağlı yaranan istənilən problemi həll etmək üçün müştərilərlə işləmək;
  • Cari və potensial müştərilərlə güclü, davamlı əlaqələr qurmaq;
  • Mövcud müştərilərlə yeni biznes imkanlarını müəyyən etmək və yeni müştərilər cəlb etmək üçün müvafiq strategiya işləyib-hazırlamaq;
  • Müştərilərin problemlərini həll etmək və müştəri məmnuniyyətini təmin etmək;
  • Müştərilərdən ödənişlərin vaxtlı-vaxtında toplanmasını təmin etməklə ödənilməmiş debitor borclarını minimuma endirmək;
  • Debitor borclarını izləmək və vaxtı keçmiş ödənişlərə nəzarət etmək üçün maliyyə komandası ilə sıx əməkdaşlıq etmək;
  • Pul vəsaitlərinin hərəkətini yaxşılaşdırmaq və ödənişlərdə gecikməni azaltmaq üçün müvafiq strategiyalar tətbiq etmək;
  • Müştərilərlə yarana biləcək hesablaşma ilə bağlı hər hansı mübahisələri və ya problemləri həll etmək;
  • Şirkətin məhsul və xidmətlərini effektiv şəkildə təqdim etmək üçün bazar ilə bağlı analitik məlumatlardan istifadə etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • İT xidmətləri haqqında anlayışın olması;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
  • CRM proqramı və digər satış alətləri ilə işləmək bacarığı;
  • Güclü satış bacarığı;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi.

Təcrübə

  • İT məhsulları və İT xidmətləri satışı üzrə 3-5 il təcrübə;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.

Son müraciət tarixi: 27 Senyabr 2024-cü il. Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni talents@pasha-technology.com ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]