Sahə rəisi
Təsvir
- Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə və layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək;
- İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;
- Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
- Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və vaxt cədvəlinə nəzarət etmək;
- Sahə mühəndislərinə və müvafiq fənn üzrə mütəxəssislərə rəhbərlik etmək, onlara, icra üçün tapşırıqları müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;
- Müqavilə əsasında layihədə işləyən podrat təşkilatların fəaliyyətini əlaqələndirmək və onlardan icra olunan işləri qəbul etmək;
- İşlərin icrası üzrə müvafiq jurnalları və yerinə yetirilmiş işlər üzrə aidiyyəti sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;
- Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
- Obyektlərin ayrı-ayrı mərhələlər üzrə sifarişçiyə təhvil verilməsində iştirak etmək;
- Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
- İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
- Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
- Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək;
- Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək;
- Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;
- Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil :İnşaat mühəndisi ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi :Tikintinin idarə edilməsi sahəsində azı 7 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Vakansiya haqqında
Son tarix Noyabr 6, 2024
Paylaşılıb Oktyabr 7, 2024
Vakansiya növü Tam ştat