İş yeri: Bakı şəhəri , Neftçilər prospekti 153
Əsas vəzifə öhdəlikləri:
- Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, göstərişlərin və müqavilələrin hazırlanması, daimi bron yerləri və s. kimi məsələləri əlaqələndirmək və dəstəkləmək.
- Təklif və müqavilələri tələb olunduğu şəkildə işləmək
- Müştərilərlə əlaqə saxlamaq
- Müqavilələrin nəticələrini işləmək və daxili kanallar vasitəsi ilə yaymaq.
- Sahə yoxlamalarında, tanışlıq turlarında, ticarət sərgilərində və lazım gələndə Satış meneceri olmadıqda otel çərçivəsində onun fuksiyasını həyata keçirilməsində iştirak etmək
- Satış komandası daxilində, eləcə də və “Food & Beverage”, “Guest Services” şöbəsinin işçiləri arasında effektiv komanda üzvü olmaq
- Ezamiyyələrə açıq olmaq.
- Tələb olunarsa, öz üzərinə əlavə vəzifə və öhdəliklər götürməyə hazır olmaq
Namizəd üçün tələblər:
- Ali təhsil
- Oteldə və turizm sahəsində satış təcrübəsi .
- Azərbaycan və Rus dillərini yaxşı bilmək, İngilis dili arzuolunandır.
- MS Office (Word, Excell) yaxşı bilmək.
- Müştəri yönümlülük və güclü ünsiyyət bacarıqları.
- Effektiv təqdimat bacarığı.
- Əməkdaşlıq və komandada işləmək bacarıqları.
Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini elektron ünvanına, mövzu hissəsində satış üzrə kordinator qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə bazamızda saxlanılır.