Mühəndislik
Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis (Biləsuvar)
Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
Hesabat verir: şöbə müdirinə
Tabeçilikdə işçi: Yoxdur
Namizədə tələblər:
- Ali təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar üzrə təhsili olması arzu olunandır;
- ISO 9001:2015, ISO 22000, ISO 17025 və HACCP standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır;
- Qida istehsalı sahəsində (əsasən süd məhsullarının istehsalı), Keyfiyyətə nəzarət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzu olunandır;
- Əsas iş yeri Biləsuvar rayonunda yerləşir, hər gün, həftə içi (5 günlük qrafikə uyğun) Biləsuvar rayonuna gedib-gələ biləcək , iş günləri müddətində həmin ərazidə qala biləcək (həftə içi 5 günlük qrafikə uyğun, namizəd qalacaq yer və qida ilə təmin olunur) və ya yaxın ərazilərdə yaşayan namizədlərin müraciət etməsinə üstünlük verilir;
- Müraciət edən namizədlərin bəy olması daha məqsədə uyğundur;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalıdır;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olması arzu olunandır;
- Rus və İngilis-dilini bilməsi arzu olunandır;
- Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığının olması arzu olunandır;
- MS Office programları (Word? Excell? Power-Point? Outlook)
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
- Mәhsul haqqında yazılmış uyğunsuzluqların ana sәbәblәrini araşdırır vә әlaqәdar bölmәyә mәhsul haqqında uyğunsuzluq vә düzәldici önlәyici hesabatların yazılmasını tәmin etməsi;
- İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsi;
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması;
- Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgün tənzimlənməsinin həyata keçirilməsi;
- Keyfiyyətə nəzarət planının,prosedurların,forma və aktların hazırlanması;
- Müəssisədə çalışan personallar üçün nəzərdə tutulmuş təlimlərin həyata keçirilməsini təmin etməsi;
- Standartın tələblərinə əsasən sistemin qurulması, izlənməsi və aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün lazimi tədbirlərin görülməsi;
- Keyfiyyət İdarəetmə Sistemi üzrə audit planının hazırlaması və mütəmadi yoxlamaların aparılması;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.