İnzibati, Biznes və İdarəetmə

Sinteks Group of Companies

Məlumatların daxil edilməsi üzrə administrator

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu sifarişi edilmiş məhsullar haqda məlumatları bazaya daxil etməkdən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və cədvəldə qeydiyyatını Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir 
  • İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və Logistika şöbəsini məlumatlandırır.
  • Təsdiqlənmiş Qiymət Əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir və təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətini formalaşdırır. 
  • Qiymətlərin dəyişdirilməsi qaydası
  • Məlumatlar bazasında məlumatı yeniləyir.

Təcrübə:

  • Ən az 1 il iş təcrübəsi  
  • Operator kimi və ya Məlumatların Daxil Edilməsi sahəsində təcrübəyə üstünlük verilir.   

Təhsil

  • Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir) 

Professional biliklər:

  • MS Office Programları (xüsusən Excel)
  • Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır.

Professional bacarıqlar və kompetensiyalar: 

  • Detal və nəticə yönümlü 
  • Analitik bacarıqlar 
  • Komanda işi 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumatların Daxil Edilməsi üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Daha çox blog yazılarımız:

[moreBlogs]