Mühəndislik

SOCAR Downstream Management

Proses analizatoru texniki

Vəzifənin məqsədi:

  •  Vəzifənin sahibi analizator cihazlar üzərində bütün texniki xidmət, kalibrləmə işlərini  və onların sınaqdan keçirilməsini təmin etməyə cavabdehdir. 

Vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş proseduralara əsasən bütün analizator sistemlərinin mümkün olan ən yüksək imkanlarla işləməsini təmin etmək üçün müntəzəm olaraq monitorinq aparmaq.
  • Proses analizatorunun cari vəziyyəti, o cümlədən, problemlər və onların mümkün həlli yolları barədə Keyfiyyət Göstəricilərini Ölçən Cihaz (QMI) Mütəxəssisinə məlumat vermək 
  • Proses analizatorunun fəaliyyətinin effektivliyini  izləmək, monitorinq aparmaq, nasazlıqların təhlilini aparmaq və analizatorun fəaliyyəti və tətbiqini davamlı olaraq optimallaşdırmağa çalışmaq
  • Nümunələrin daşınması sistemlərini və qaz silindrlərinin dəyişdirilməsini həyata keçirmək
  • Xətlər üzərində ölçmələrin dəqiqliyini təmin etmək məqsədilə analizatorlar üçün kalibrləmə qazlarını saxlamaq
  • Kalibrləmə qazlarının qarışığını və təsdiqlənmiş etalon materialların (CRMs) mövcudluğunu təmin etmək; mal və materialları və müvafiq qaydada onların təchizatı işlərini idarə etmək
  • Ehtiyat hissələr siyahısını analizatorlar üçün saxlamaq
  • Texniki xidmət heyəti ilə Profilaktik və Bərpaedici İşlər görülən müddətdə əməkdaşlıq etmək
  • Tədarükçünün texniki informasiyası və istehsalçı spesifikasiyaları əsasında profilaktik və diaqnostik proseduralar həyata keçirmək
  • Üsulların təsdiqi və kalibrləmə proseduraları hazırlamaq - QMI strategiyasının tətbiq olunduğundan və ona düzgün əməl olunduğundan əmin olmaq
  • Biznes hədəflərinə çatmaq üçün uzlaşdırmanı, keyfiyyətə zəmanəti və resurs dəstəyini təmin etməklə şöbə daxilində sağlam əlaqələr yaratmaq
  • Proses ərzində və texniki xidmət, zavodda dəyişikliklər, layihələr və əsaslı təmir müddətində yüksək istismar qabiliyyəti, etibarlılıq və bütövlüyü təmin etmək üçün Keyfiyyət Göstəricilərini Ölçən Cihazlar (QMI) və Nəzarət-ölçü cihazları üzrə texniki dəstək, mütəxəssislər, icra monitorinqi və həllər təqdim etmək. Buraya keyfiyyətə zəmanət tövsiyələrinin və biliklərin idarə olunması təcrübələrinin davamlı tətbiqindən əmin olmaq məqsədilə uyğun, davamlı sahə proseduralarının, iş təlimatlarının və bütün müvafiq sənədlərin yaradılması, yoxlanması və saxlanması daxildir.
  • Normativ tələblər, təhlükəsizlik, sənaye qaydaları və qabaqcıl təcrübə və təlimatlara əsasən Keyfiyyət Göstəricilərini Ölçən cihazlar (QMI) və Nəzarət-ölçü cihazlarının keyfiyyətinə zəmanət strategiyasını yaratmaq
  • İllik icra planı öhdəliklərini yerinə yetirmək üçün Keyfiyyət Göstəricilərini Ölçən (QMI) avadanlıqların etibarlılığını yoxlamaq
  • Biznes hədəflərini yerinə yetirmək üçün işlərin prioritetləşdirilməsini təmin etmək/bunun üçün dəstək vermək Buraya sahə qaydalarına əməl olunmasını yoxlamaq və sənədləşdirmək üçün müntəzəm olaraq qaydalara əməl olunmasına nəzarət işlərinin icra olunması daxildir.
  • Müxtəlif tədarükçülərdən inteqrasiya olunmuş sistemlər üzərində detallı funksional sınaqlar həyata keçirmək
  • Proses analizatorlarının (SQC) daxili yoxlamasını idarə etmək
  • Müntəzəm əsaslarla texniki xidmət qrafiki əsasında təhkim olunmuş tapşırıqları izləmək və yeniləmək
  • Gündəlik və əsaslı təmir işlərini icra etmək üçün digər analizator texniklərlə komanda şəklində işləmək
  • Bütün işlərin təhlükəsiz iş proseduraları, işə icazələr və normativlər əsasında icra olunmasını təmin etmək
  • Bütün şirkət siyasətləri, təhlükəsizlik standartları və təmizliyə riayət olunması təcrübələrinə əməl etmək
  • Laboratoriya Meneceri, Supervayzeri və Keyfiyyət göstəricilərinə Cavabdeh Mütəxəssisə hesabat vermək

Kvalifikasiya tələbləri:

  • Kimya, elektrik, nəzarət-ölçü cihazları və ya Mexanika sahəsində peşə təhsili 
  • Keyfiyyətə nəzarət avadanlıqlarının saxlanması və keyfiyyətinə zəmanət, nəzarət-ölçü cihazlarının layihələndirilməsi, laboratoriya, texnoloji prosesə nəzarət və avtomatlaşdırma, layihələndirmə, problemlərin aradan qaldırılması, texniki xidmət,  və ya istismar şərtlərinə zəmanət sahələrində minimum 3 illik təcrübə
  • Proses analizatoruna profilaktik və bərpaedici xidmətlərin göstərilməsini təmin etmək
  • Microsoft Office Tam Paketindən biliklər
  • Proses analizatorlarının mexaniki və elektrik funksiyaları barədə biliklər 
  • Kimyəvi maddələr barədə yaxşı məlumatlılıq
  • Düzgün təşkilatçılıq və komanda ilə iş bacarıqları
  • Əməkdaşların səriştəlilik/ixtisas sahələri çərçivəsində inkişafı və təlimlər keçməsinə töhfə vermək

Son müraciət tarixi : 26 mart 2023

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Proses analizatoru texniki” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur

Daha çox blog yazılarımız:

[moreBlogs]