ss


BİZİ İZLƏYİN

Yeni
9
Bitmə Tarixi
Bu gün

SOCAR Downstream Management

Sahə operatoru (əmtəə və texnoloji qurğu operatoru)

Vəzifənin məqsədi:

Sahə operatoru (əmtəə sahəsi/Texnoloji qurğuları) cavabdeh olduğu qurgunun, çənlərin və avadanlıqların təhlükəsiz, ekoloji cəhətdən təmiz və səmərəli bir şəkildə işləməsini təmin etmək. Reqlamentdəki qaydalara, bundan əlavə verilən yazılı və şifahi təlimatlara, şirkət standartlarına, SƏTƏM qaydalarına və vəzifə təlimatlarına uyğun olaraq işləmək. Mövcud qanunvericiliyin və daxili qaydaların, standartların və təlimatların tələblərini yerinə yetirmək.

Vəzifə öhdəlikləri:

  • Texnoloji qurğunun/çənlərin və avadanlıqların işə salınması zamanı reqlamentə uyğun olaraq işləri yerinə yetirmək;
  • Qurğunun/çənlərin və avadanlıqların təmirə / işə buraxılması üçün hazırlanması, işə buraxılması və normal istismarına nəzarət etmək;
  • Cavabdeh olduğu sahənin aparat və avadanlıqların işinə vizual olaraq mütəmadi nəzarət etmək;
  • Cavabdeh olduğu sahənin çənlər, boru xətləri və boru elementləri- fləns, dirsək, siyirtmə, nəzarət ölçü klapanları, nasoslar, kompensatorlar  və s. işinə nəzarət etmək;
  • Növbəni təhvil və təslim etmək;
  • Qurğudan/Çənlərdən xam mal, məhsul, su və s. nümunələri almaq;
  • Cavabdeh olduğu sahədə xam mal, məhsul, koks, kükürd və s. tanker, vagon və sisternlerin doldurma, boşaltma əməliyyatlarını həyata keçirmək, nəzarət etmək;
  • Məsul olduğu sahədə qəza halları, bədbəxt və yanğın hadisələri baş verərsə vaxtında rəhbərinə məlumat vermək və qəza halların aradan qaldırılmasında iştirak etmək;
  • İş yerlərini təmiz, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlanmaq, müəssisə daxili intizam qaydalarına riayət etmək, görülən işləri keyfiyyətlə yerinə yetirmək;
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında iştirak etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək
  • Rəhbərlikdən gələn digər tapşırıq və göstərişlərin yerinə yetirmək.

Müvəffəqiyyətli namizəd olmaq üçün sizdən tələb olunur:

  • Minimum peşə məktəbi məzunu olmaq

İş yeri : Heydər Əliyev adına Neft Emalı Zavodu

Müraciət üçün:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Sahə operatoru (əmtəə və texnoloji qurğu operatoru)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi:  23.12.2023

Mənbə: https://jobsearch.az

BİLDİRİŞ


XOŞ GƏLMİŞSİNİZ !

SAYTDA QEYDİYYATDAN KEÇMƏKLƏ:

🟢

VAKANSİYALARA BİRBAŞA CV GÖNDƏRƏ BİLƏCƏKSİNİZ

🟢


ABUNƏ OLDUĞUNUZ KATEGORİYA ÜZRƏ YENİ VAKANSİYALARDAN E-MAİL VASİTƏSİ İLƏ XƏBƏRDAR OLACAQSINIZ

🟢

VAKANSİYALARI FAVORİT LİSTİNİZƏ ƏLAVƏ EDƏ BİLƏCƏKSİNİZ

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN !