Tədris şöbəsində mütəxəssis
Namizəddən tələblər:
- Təhsil sahəsində (Özəl kurslarda) 1-3 il iş təcrübəsi üstünlükdür.
- İngilis dili biliyi (Intermediate-B1) mütləqdir.
- Excel proqramında yüksək səviyyədə işləyə bilmək.
- (Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur).
Vəzifə öhdəlikləri:
- Tələbələrin beynəlxalq imtahanlara (SAT, IELTS, TOEFL, Cambridge, TYS və s) qeydiyyatının aparılmasını həyata keçirmək (Bu bənd zəruridir və bunun üçün ingilis dili biliyi tələb olunur).
- Sınaq imtahanlarının təşkilini həyata keçirmək.
- Tələbələrin təhsil haqda hesabatlarını mütəmadi (həftəlik) valideynlərə təqdim etmək.
- Təhsil mərkəzində təşkil olunan tədbirlərin (seminarların) təşkilini həyata keçirmək.
- Mərkəzin əməliyyat sistemlərini gündəlik yeniləmək.
- Şöbə rəhbəri tərəfindən verilən inzibati tapşırıqları yüksək səviyyədə icra etmək.
İş haqda məlumat:
- İş qrafiki:
- 5 gün saat 10:00-19:00 (Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə, Bazar günü)
- Şənbə- saat 10:00 -16:00
- İstirahət günü -Cümə axşamı
- Sabit əmək haqqı: 500-700 azn.
- Rəsmi əmək müqaviləsi ilə iş.
Qeyd: Uyğun namizədlər (Özəl kurs sahəsində təcrübəsi olanlar) CV-lərini (PDF formada) elektron ünvanına “Tədris şöbəsində mütəxəssis” başlığı ilə göndərə bilərlər.
Son müraciət tarixi- 30 Yanvar 2024-cü il