Mühəndislik

Veysəloğlu Yaycılı Qardaşlar

Elektronçu

Vəzifə öhdəlikləri:

  • İstehsalat sahəsində avadanlıq və dəzgahların elektrik və elektroniki tənzimləmə, sazlama işlərini görmək
  • Avadanlıqlara texniki baxış keçirmək, diaqnostika- profilaktika işlərini görmək
  • Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
  • Mövcud avadanlıqların işlək və etibarlı fəaliyyətini təmin etmək
  • Avadanlıq və dəzgahlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
  • Avadanlıq və dəzgahların düzgün texniki istismarını təmin etmək, yoxlamaq və təmir etmək
  • Avadanlıqların elektotexniki vəziyyətinin istismara uyğunluğunu təmin etmək və buna nəzarət etmək
  • Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək.
  • Yeni qurulacaq xətt və avadanlığın elektronik təsərrüfatını norma və standartlara görə qurulmasını təmin etmək.

Tələblər:

  • Avadanlıq və dəzgahların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
  • Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
  • Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
  • Elektronika-Avtomatika sahəsində təhsil olmalı
  • Elektrik və elektronik sxemlərin oxuma bacarığı olmalı
  • İstehsalat sahəsində elektronçu kimi ən az bir il iş təcrübəsi olmalı
  • Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: Növbəli

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Mart 2023-cü il tarixinədək emailin mövzu hissəsində "Elektronçu " qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Daha çox blog yazılarımız:

[moreBlogs]